Anar Bayramov onu departament rəhbəri təyin etdi
03 Jul 2026, 21:18
18 baxış
Admin
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.
"Bakupost" Qaynarinfo-ya istinadla xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub. Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib.
Mənbə:
bakupost.az