Bakıda avtobusun iştirakı ilə zəncirvari QƏZA BAŞ VERDİ -
03 Jul 2026, 20:11
15 baxış
Admin
Bakının mərkəzində, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, qəza zamanı sərnişin avtobusu "Hyundai" markalı avtomobillə, həmin avtomobil isə BMW ilə toqquşub. BMW daha sonra digər "Hyundai" avtomobilinə çırpılıb.
Hadisə nəticəsində yaralananların olub-olmadığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az