Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı
03 Jul 2026, 18:01
18 baxış
Admin
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.
Bu barədə "Bakupost"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə:
bakupost.az