Pakistanda qətliam kimi qəza: Ən azı 40 nəfər öldü
03 Jul 2026, 16:41
17 baxış
Admin
Pakistanda sərnişin avtobusunun dərəyə aşması nəticəsində ən azı 40 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Dana Sar bölgəsində baş verib.
Məlumata görə, sürətlə hərəkət edən və normadan artıq sərnişin daşıyan avtobus idarəetmədən çıxaraq dərin dərəyə yuvarlanıb.
Qeyd olunur ki, Pakistanda yol-nəqliyyat qəzaları tez-tez baş verir və buna əsas səbəblər kimi zəif infrastruktur, təhlükəli dağ yolları və qaydalara riayət olunmaması göstərilir.
Bahar Babaşova,BakuPost
Mənbə:
bakupost.az