Cəmiyyət

General təqaüdə göndərildi - Foto

03 Jul 2026, 13:01 17 baxış Admin
General təqaüdə göndərildi - Foto

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.

Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.//manset.az

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər