Bakı və Bişkek arasında mühüm fond:
03 Aug 2026, 13:23
1 baxış
Admin
Azərbaycan Prezidentinin Qırğızstana səfəri zamanı əldə edilən razılaşmalardan biri də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə idi. Azərbaycan Prezidenti mətbuata bəyanatında bunun da son hədd olmayacağını bildirərək əlavə etdi ki, Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Bəs, 200 milyon dollar hansı istiqamətlərə xərclənəcək?
"Bakupost" xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.
“Fondun vəsaitinin 200 milyon dollara çatdırılması sahibkarlar üçün yeni fürsətdir. Çünki sahibkarlar öz layihələrini təqdim etməklə fonddan maliyyə cəlb edə bilirlər və bu imkan daha da genişlənməkdədir. Fond tərəfindən artıq bir sıra layihələrin maliyyələşdirilməsi həyata keçirilməkdədir. Mətbuata bəyatında cənab Prezidentin qeyd etdiyi kimi, Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir”, - millət vəkili qeyd edib.
Onun sözlərinə görə, bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrin maliyyələşdirilməsi həyata keçirilir:
“Daha öncə, Fond Qırğızıstanda kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirilməsi barədə qərar qəbul etmişdi.
Bütövlükdə, fondun nizamnamə kapitalı Azərbaycan, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır. Fondun imkanlarının genişləndirilməsi iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da gücləndirir”.
Mənbə:
bakupost.az