Azərbaycanda ən populyar mobil telefonlar
05 Aug 2026, 23:13
2 baxış
Admin
Azərbaycan bazarında ən populyar mobil cihazların adı açıqlanıb.
"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, “Global Stats” Statistika Mərkəzinin məlumatları əsasında Trend-in apardığı hesablamalara görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, "Samsunq" smartfon və mobil telefonları Azərbaycanda populyarlığına görə liderliyini qoruyub.
Azərbaycanın smartfon bazarında "Samsunq"un payı əvvəlki ayla müqayisədə 0,27 faiz bəndi azalaraq 43,57 faiz təşkil edib.
Cari ilin iyun ayı ilə müqayisədə "Xiaomi"nin bazar payı 3,22 faiz bəndi artaraq 29,96 faizə yüksəlib. "Apple" smartfonlarının bazar payı isə 14,37 faiz olub. Bu göstərici əvvəlki ayla müqayisədə 1,22 faiz bəndi azalıb.
Mobil cihaz istehsalçıları arasında növbəti yerdə "Huavei" qərarlaşıb. Şirkətin bazar payı əvvəlki ayla müqayisədə 0,08 faiz bəndi azalaraq 3 faiz təşkil edib. Sonra müvafiq ardıcıllıqla "Honor" (1,22 faiz, 0,03 faiz bəndi azalma), "Realme" (0,33 faiz, 0,06 faiz bəndi artım) və "Tecno" (0,16 faiz, dəyişməyib) gəlir.
"Oppo"nun bazar payı əvvəlki ayla müqayisədə 0,01 faiz bəndi artaraq 0,14 faiz olub. Quql isə 0,07 faiz bazar payına sahib olub ki, bu da əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azdır.
Xatırladaq ki, Əpl şirkətinin məlumatına əsasən, bu ilin iyun ayında keçirilən VVDC 2026 konfransında şirkət "Apple Intelligence" və "Siri AI"nin yeni nəslini, həmçinin Ayfon, Aypad, "Mac","Apple Watch", "Apple Vision Pro" və "Apple TV" üçün proqram təminatı yeniləmələrini təqdim edib. Bildirilib ki, şirkət həmçinin valideyn nəzarəti üçün yeni funksiyalar və digər proqram təminatı təkmilləşdirmələrini də elan edib.
Mənbə:
bakupost.az