Kriminal

Bakıda avtobus qəzası: 11 nəfər xəsarət alıb

02 Jul 2026, 19:16 21 baxış Admin
Bakıda avtobus qəzası: 11 nəfər xəsarət alıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 113 nömrəli sərnişin avtobusu qəzaya uğrayıb.

News24.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində qeydə alınıb.

Məsələ ilə bağlı TƏBİB-dən News24.az-a bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər