Bakıda avtobus qəzaya düşdü: çox sayda yaralı var
02 Jul 2026, 19:16
25 baxış
Admin
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 113 nömrəli sərnişin avtobusu qəzaya düşüb. Hadisə Əmircan qəsəbəsi, Balandin küçəsində qeydə alınıb.
Məsələ ilə bağlı TƏBİB-dən News24.az-a bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Mənbə:
news24.az