Leyen Bakıdan İrəvana getdi
02 Jul 2026, 11:29
21 baxış
Admin
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen işgüzar səfərlə İrəvana gəlib.
"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Zvartnots Beynəlxalq Hava Limanında onu Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan qarşılayıb. Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Ursula fon der Leyenin görüşü keçiriləcək.
Qeyd edək ki, Leyen ötən gün bakıda səfərdə idi. Onun Azərbaycana səfəri bu gün səhər saatlarında başa çatıb.
Mənbə:
bakupost.az