İsrail ABŞ-nin maliyyə yardımından imtina edir
02 Jul 2026, 09:29
16 baxış
Admin
Təl-Əviv bu ildən etibarən Vaşinqtonun maliyyə yardımından imtina edə bilər, çünki İsrail iqtisadiyyatı müstəqil şəkildə fəaliyyət göstərmək üçün kifayət qədər güclüdür.
News24.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Mən ABŞ-nin yardımını dayandırmaq istəyirəm. Bu, sosial yardım kimidir. Mənim buna ehtiyacım yoxdur”, – Netanyahu bildirib.
İsrailin Baş naziri əlavə edib ki, ABŞ-nin yardımının dayandırılması prosesi məhz bu ildən başlamalıdır. / News18/
Mənbə:
news24.az