"BakıKart"ın qiyməti artdı
01 Jul 2026, 11:52
16 baxış
Admin
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"Bakupost" xəbər verir ki, bu barədə "BakıKart" məlumat yayıb.
Bildirilib ki, iyulun 1-dən kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.
Qeyd edək ki, dəyişiklik yalnız yeni əldə edilən "BakıKart" kartlarının satış qiymətinə aiddir.
Mənbə:
bakupost.az