Paşinyan Xameneiyə görə İrana gedir
30 Jun 2026, 17:44
16 baxış
Admin
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və İsrailin hücumu nəticəsində həlak olan İranın Ali lideri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.
News24.az xəbər verir ki, bu barədə ISNA Agentliyinə İran parlamentinin erməni əsilli deputatı Ara Şahverdiyan məlumat verib.
Onun sözlərinə görə, o və həmkarı Ermənistana səfərləri zamanı Nikol Paşinyanla görüşüblər.
Görüş zamanı Ermənistanın baş naziri dəfn mərasimində şəxsən iştirak etməyə hazır olduğunu bildirib.
Məlumata görə, Əli Xamenei ilə vida mərasimi iyulun 4-dən 9-dək keçiriləcək.
Mənbə:
news24.az