Tanınmış xanəndənin qızı
29 Jun 2026, 12:53
5 baxış
Admin
Salyanın məşhur xanəndələrindən olmuş mərhum Vaqif Qurbanoğlunun qızı Zülfiyyə vəfat edib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 52 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, onun atası Vaqif Qurbanoğlu da bir neçə ay əvvəl vəfat etmişdi.
Qeyd edək ki, Vaqif Babayev 1949-cu ildə Salyan şəhərində doğulub. Tanınmış Aşıq Qurbanxanın oğludur.
Lalə Novruz,BakuPost
Vaqif Qurbanoğlu
Mənbə:
bakupost.az