Maraqlı

“Apple” şirkəti iPad və MacBookların qiymətini artırdı

25 Jun 2026, 18:19 1 baxış Admin
“Apple” şirkəti iPad və MacBookların qiymətini artırdı

“Apple” şirkəti çip çatışmazlığını əsas gətirərək iPad və MacBook modellərinin qiymətlərini dünya üzrə artırıb.

News24.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, yaddaş çipləri və məlumat saxlama qurğularının qiymətində ciddi artım müşahidə olunur. Bu səbəbdən əlavə xərclərin bir hissəsi məhsul qiymətlərinə əlavə edilib.

Qiymət artımından sonra 512 GB yaddaşa malik MacBook Air-in qiyməti 1099 dollardan 1299 dollara, 256 GB-lıq iPad Pro-nun qiyməti isə 999 dollardan 1199 dollara yüksəlib.

Şirkətin baş icraçı direktoru Tim Kuk da texnologiya komponentlərinin bahalaşmasının qiymət artımını qaçılmaz etdiyini bildirib

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər