Goranboyda qonşular arasında dava: xəsarət alanlar var
23 Jun 2026, 21:15
16 baxış
Admin
Goranboyda qonşular arasında xəsarətlə nəticələnən dava olub.
News24.az xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Solmaz Hüseynova, 1990-cı il təvəllüdlü Hüseyn Əsədov və onun oğlu 10 yaşlı T. Ə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
İlkin məlumata görə, adıçəkilən şəxslər əkin sahəsinin suvarılması ilə bağlı qonşuları arasında düşən dava zamanı döyülüblər.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)
Mənbə:
news24.az