Kriminal

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

23 Jun 2026, 12:31 17 baxış Admin
Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib.

News24.az xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, iyunun 22-də orada vəfat edib.

Onun hansı şəraitdə sirkə turşusu içdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər