Masallıda 349 kq xaş-xaş kolu məhv edildi
22 Jun 2026, 10:09
19 baxış
Admin
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
News24.az xəbər verir ki, ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.
Mənbə:
news24.az