Masazırda 4 yaşlı uşağı motosiklet vuraraq öldürdü
20 Jun 2026, 12:09
22 baxış
Admin
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Məlumata görə, motosikletin vurduğu 4 yaşlı uşaq təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır./Report/
Mənbə:
news24.az