Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır
19 Jun 2026, 21:04
2 baxış
Admin
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.
News24.az xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.
Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.
Onun ailə üzvləri Rusiyaya getsələr də, nəşinin harada plmasına dair xəbər ala bilmirlər.
Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib. (Qafqazinfo)
Mənbə:
news24.az