Maraqlı

Dünyanın sonu qorxusundan qurtulmağın yolu ortaya açıqlandı

19 Jun 2026, 16:15 2 baxış Admin
Dünyanın sonu qorxusundan qurtulmağın yolu ortaya açıqlandı

Klinik psixoloq Daniella Dennis dünyanın sonu ilə bağlı qorxunu necə aradan qaldırmağın yollarından danışıb. Mütəxəssis bu yöndəki tövsiyəsini “Yahoo!” ilə paylaşıb.

Dünyanın sonundan qorxmağı azaltmaq üçün psixoloq xəbər mənbələrini şüurlu şəkildə seçməyi və xəbərləri nə qədər tez-tez izlədiyinə diqqət yetirməyi tövsiyə edib. Bundan əlavə, Dennis xəbərləri davamlı yoxlamaq vərdişindən imtina etməyi və diqqəti insanın özünün dəyişə biləcəyi sahələrə yönəltməyi məsləhət görüb.

Mütəxəssis bildirib ki, insanlar diqqətini müəyyən təsir imkanı olan və dəyərləri baxımından vacib hesab etdiyi sahələrə yönəltməlidir. Bu, ailə, cəmiyyət və ya iş ola bilər. Həmçinin insanlara özlərinə belə suallar verməyi tövsiyə edib:

“Mən necə bir həyat qurmaq istəyirəm?” və “Bu gün hansı mənalı addımları ata bilərəm?”

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər