"Apple" məhsullarında qiymət artımı gözlənilir
18 Jun 2026, 21:34
3 baxış
Admin
"Apple" istifadə etdiyi yaddaş çiplərinin bahalaşması səbəbindən məhsullarının qiymətlərini artırmağa hazırlaşır.
News24.az-ın məlumatına görə, şirkətin baş direktoru Tim Kuk bildirib ki, yaddaş bazarında yaranan vəziyyət qiymət artımlarını qaçılmaz edib. O, hansı məhsulların bahalaşacağı və dəyişikliklərin nə vaxt qüvvəyə minəcəyi barədə məlumat verməyib.
Məlumata görə, artımın sentyabrda təqdim olunması gözlənilən yeni "iPhone" modellərinə təsir edib-etməyəcəyi hələ dəqiqləşməyib.
Mənbə:
news24.az