Futbol zamanı təhlükəli an: Kamera yandı - Video
10 Jun 2026, 09:50
12 baxış
Admin
Qazaxıstan–Macarıstan yoldaşlıq oyunu zamanı gözlənilməz hadisə baş verib.
News24.az xəbər verir ki, Macarıstanın Debrecen şəhərində keçirilən oyunda asma kamera meydanın kənarına düşüb.
Kamera alışıb, daha sonra onu saxlayan kabel də yanmağa başlayıb. Nəticədə qurğu operatorun cəmi bir metr yaxınlığına düşüb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Yoldaşlıq görüşü isə Macarıstan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. /Sputnik Qazaxıstan/
Mənbə:
news24.az