İran Makareviçin İsraildəki evini vurub
08 Jun 2026, 17:06
12 baxış
Admin
Ukrayna müharibəsinə qarşı çıxaraq Rusiyanı tərk etmək məcburiyyətində qalan məşhur musiqiçi Andrey Makareviçin İsraildəki evi İrandan atılan raketlərlə vurulub.
Bakupost.az xəbər verir ki, nəticədə musiqiçinin evi zədələnib.
Hadisə bazar ertəsi gecəsi Hayfa yaxınlığındakı Kerem Maharal kəndində baş verib. 72 yaşlı sənətçinin və 42 yaşlı həyat yoldaşının evinə sursat qalıqları düşüb.
Bildirilir ki, olay Makareviçlə həyat yoldaşı qonaqlıqdan qayıdarkən baş verib. Heç kim xəsarət almayıb. Uşaq otağındakı pəncərə sınıb, bağ isə metal parçaları ilə zədələnib.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az