Dünya

Tehranda bütün uçuşlar ləğv edildi

08 Jun 2026, 12:00 4 baxış Admin
Tehranda bütün uçuşlar ləğv edildi

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar müvafiq bildirişədək ləğv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Təşkilat, həmçinin, ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.

Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər