Dünya

Ermənistanda səslər hesablanır - Kim liderdir?

08 Jun 2026, 08:01 12 baxış Admin
Ermənistanda səslər hesablanır - Kim liderdir?

Ermənistan Mərkəzi Seçki Komissiyası səhər saat 07:30-a olan məlumatı açıqlayıb.

News24.az xəbər verir ki, ölkə üzrə 2006 seçki məntəqəsindən 144-ü üzrə nəticələr bəlli olub.

Məlumata görə, seçki bülletenlərinin 68 faizi emal edilib.

MSK-nın yaydığını məlumata əsasən, hakim “Vətəndaş Müqaviləsi Partiyası” 49,92 faiz səslə (459 113 səs) liderlik edir.

İkinci yerdə 23,71 faiz (218 029 səs) nəticə ilə “Güclü Ermənistan Partiyası” qərarlaşıb.

Üçüncü yeri 9,78 faiz (89 958 səs) toplayan “Ermənistan Partiyası” tutur.

Dördüncü yerdə 3,94 faiz (36 275 səs) nəticə göstərən “Çiçəklənən Ermənistan Partiyası” qərarlaşıb.

Beşinci yerdə olan “Birlik Qanadları Partiyası” isə hazırda 2,33 faiz (21 392 səs) toplayıb. /News.am/

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər