Dünya

İsrail-İran savaşında Azərbaycan ərazisindən istifadə edilib?

05 Jun 2026, 21:32 7 baxış Admin
İsrail-İran savaşında Azərbaycan ərazisindən istifadə edilib?

İyunun 5-də "middleeasteye.net" və "haaretz.com" informasiya resurslarında yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiyadır.


Bakupost.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər