İdman

Mauro İkardi “Qalatasaray”dan ayrıldı

04 Jun 2026, 15:37 11 baxış Admin
Mauro İkardi “Qalatasaray”dan ayrıldı

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin klubdakı fəaliyyəti başa çatıb.

News24.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməyi planlaşdırmır. Bildirilir ki, klub prezidenti Dursun Özbək İkardiyə illik 5 milyon avro maaş təklif etsə də, tərəflər razılığa gələ bilməyiblər.

İtaliya mətbuatının məlumatına əsasən, “Yuventus” Argentinalı forvardın vəziyyətini yaxından izləyir və onunla ilkin təmaslar qurub. Lakin Turin klubunun hələlik rəsmi təklif göndərmədiyi də vurğulanır.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”ın heyətində keçirdiyi 47 rəsmi oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər