Kriminal

Cəlilabadda qəza: Xəsarət alanlar var

04 Jun 2026, 14:17 11 baxış Admin
Cəlilabadda qəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Zil" markalı yük və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət aldığı bildirilən dörd nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. // Report

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər