İdman

"Sabah" klubu kapitanı ilə yollarını ayırdı - VİDEO

04 Jun 2026, 14:24 9 baxış Admin
"Sabah" klubu kapitanı ilə yollarını ayırdı - VİDEO

Masazır təmsilçisi "Sabah" klubu kapitan Amin Seydiyevlə yollarını ayırıb.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

"Uzun illər “Sabah”ın uğurları üçün çalışmış, komandamızın kapitanı Amin Seydiyevlə yollarımız ayrılıb. 27 yaşlı müdafiəçinin müqavilə müddəti mövsümün sonunda başa çatıb.

Amin klubumuzun tarixində iz qoymuş futbolçulardan biridir. 2020-ci ildən etibarən “Sabah” ailəsinin üzvü olan Seydiyev, bu müddət ərzində 186 oyunda forma geyinib, 7 qola imza atıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

“Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin, peşəkarlığı və komandaya bağlılığı ilə klubumuzun unudulmaz simalarından birinə çevrilib.

Amin Seydiyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq"- deyə məlumatda bildirilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər