Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına yüksəldi
04 Jun 2026, 00:16
17 baxış
Admin
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.
News24.az xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi yığma yarımfinalda Serbiya millisini məğlub edib.
“Tipos Arena”da keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandanın heyətində Xətai Bağırov fərqlənib.
Qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu mərhələdə daha dəqiq oynayan Azərbaycan millisi finala vəsiqəni təmin edib.
Yığma final qarşılaşmasında Ukrayna ilə üz-üzə gələcək. Oyun iyunun 4-də keçiriləcək.
Mənbə:
news24.az