Bu kəndə qaz verilişi dayandırılacaq
03 Jun 2026, 19:03
18 baxış
Admin
Qazax rayonunun Aşağı Salahlı kəndində qaz təchizatında fasilə yaranacaq.
News24.az xəbər verir ki, buna səbəb aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir.
Bildirilib ki, 4 iyun 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək kəndə qazın verilişi dayandırılacaq.
Mənbə:
news24.az