İdman

AFFA-dan "Turan Tovuz"la bağlı açıqlama: CAS-ın qərarınadək...

03 Jun 2026, 17:22 20 baxış Admin
AFFA-dan "Turan Tovuz"la bağlı açıqlama: CAS-ın qərarınadək...

“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

Bu barədə News24.az-a AFFA-dan məlumat verilib.

Bildirilib ki, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanan Tovuz klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər