Siyasət

Sülh göyərçini Paşinyanı pərt elədi

03 Jun 2026, 17:32 18 baxış Admin
Sülh göyərçini Paşinyanı pərt elədi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Geğarkunik vilayətində seçicilərlə görüş zamanı səmaya ağ göyərçin buraxmaq cəhdləri uğursuz olub.

News24.az xəbər verir ki, sülh rəmzi kimi siyasətçiyə təqdim olunan quşu birinci dəfə havaya buraxmaq istəyəndə göyərçin yerə enib. Hökumət başçısı onu çətinliklə tutub.

İkinci cəhd zamanı isə quş özü aşağı düşüb. Bundan sonra göyərçin sahibinə qaytarılıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər