Paşinyan Əliyevə minnətdarlıq etdi
18 Sep 2026, 19:39
1 baxış
Admin
"Sülh sazişinin imzalanması və Vaşinqton Sülh Bəyannaməsinin qəbul edilməsi Ermənistan-Azərbaycan münasibətlərində tarixi dönüş nöqtəsi oldu".
News24.az xəbər verir ki, bu sözləri Ermınistanın Baş naziri Nikol Paşinyan deyib.
"Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığımı bildirmək istərdim. O da bu mükafata eyni dərəcədə layiqdir. Ermənistan və Azərbaycan xalqlarına da təşəkkürümü bildirirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və əzablara baxmayaraq, onlar sülhü qəbul edib müdafiə edirlər. Çünki anlayırlar ki, keçmişi dəyişmək mümkün deyil, lakin sonsuz görünən münaqişə əvəzinə sülh, rifah və əməkdaşlıq yolunu seçərək bu günü və gələcəyi dəyişmək mümkündür", - deyə Paşinyan bildirib.
Mənbə:
news24.az