Cəmiyyət

Azərbaycandan Gürcüstana qaçan 6 afrikalı Zaqatalada SAXLANILDI

03 Jun 2026, 13:15 5 baxış Admin
Azərbaycandan Gürcüstana qaçan 6 afrikalı Zaqatalada SAXLANILDI

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 46 yaşlı İguare Oliver Osagie, 40 yaşlı Ogungbure Adesoji Austin, 34 yaşlı Akinniyi Olamilekan Sunday, 32 yaşlı Adele Moshood Adekunle, 29 yaşlı King Tamarasinla Gloria, 28 yaşlı Ajala Oluvafemi Moses keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər