Kriminal

Biləsuvarda ağır qəza: ölən var – FOTOLAR

02 Jun 2026, 23:47 23 baxış Admin
Biləsuvarda ağır qəza: ölən var – FOTOLAR

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub.

Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir. (APA)

Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər