İran Hörmüz boğazını milliləşdirir
02 Jun 2026, 18:48
9 baxış
Admin
İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudarzi Tehranın Hörmüz boğazını “milliləşdirmək” niyyətini açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu haqda İranın İSNA xəbər agentliyi məlumat yayıb.
“Neftin milliləşdirilməsi o dönəmdə tarix tərəfindən bu qərarın əhəmiyyəti baxımından dəyərləndirilib. Bu gün biz Hörmüz boğazını milliləşdirmək istəyirik”, - Qudarzi deyib.
Nəşr bildirir ki, onun bu açıqlaması 1951-ci ildə baş nazir Məhəmməd Musaddiqin təşəbbüsü ilə İranın neft sənayesini milliləşdirdiyi hadisələrə işarə edir. O zaman ölkə hakimiyyəti neft-qaz sektoruna dövlət nəzarəti qurmuşdu.
Mənbə:
bakupost.az