Atası futbolçuya dünya çempionatına getməyə icazə vermədi
02 Jun 2026, 17:42
12 baxış
Admin
Tunis millisinin üzvü Louey Ben-Farhatın atası oğluna dünya çempionatına getməyə icazə verməyib.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sabri Lyamuşi açıqlayıb.
O bildirib ki, Almaniyanın “Karlsrue” klubunda çıxış edən 19 yaşlı oyunçunu heyətə dəvət etmək istəyib. Amma atası oğlunun mundialda pis çıxışının gələcək karyerasına təsir edəcəyini düşünərək ABŞ-yə yollanmasına icazə verməyib.
Daha sonra Tunis Futbol Federasiyasının rəsmiləri həm futbolçu, həm də atası ilə əlaqə saxlamağa çalışıb. Amma onlar rəsmilərin zənglərinə cavab verməyiblər.
Mənbə:
bakupost.az