23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır
02 Jun 2026, 14:18
12 baxış
Admin
Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb.
News24.az xəbər verir ki, hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib.
2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/
Mənbə:
news24.az