Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğuldu
01 Jun 2026, 22:59
9 baxış
Admin
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb.
News24.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub.
Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Mənbə:
news24.az