Kriminal

Mingəçevirdə “Toyota Prius” 15 yaşlı qızı vurdu - Foto

31 May 2026, 20:59 8 baxış Admin
Mingəçevirdə “Toyota Prius” 15 yaşlı qızı vurdu - Foto

Mingəçevirdə 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı Q. Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb. // Qafqazinfo

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər