Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
31 May 2026, 14:30
16 baxış
Admin
Azərbaycanın minifutbol millisinin AVRO-2026-nın 1/8 finalındakı rəqibi müəyyənləşib.
News24.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq. Görüş sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub.
Mənbə:
news24.az