Kriminal

Sumqayıtda yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

29 May 2026, 17:46 8 baxış Admin
Sumqayıtda yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ATECO və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.//report.az

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər