Bu ölkələr hantavirusa qarşı preparat alacaq
28 May 2026, 23:50
12 baxış
Admin
Niderland mümkün yoluxma hallarının artması fonunda hantavirusa qarşı eksperimental preparat partiyası alacaq. Söhbət Yaponiyanın “Fujifilm Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan “Favipiravir” preparatından gedir.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hart van Nederland” məlumat yayıb.
Məlumata görə, istehsalçı şirkət dərmanı bir neçə Avropa ölkəsinə pulsuz göndərəcək. Niderlandla yanaşı, preparatı İspaniya və Fransa da alacaq.
Mənbə:
bakupost.az