Kanadanın paytaxtında Azərbaycan bayrağı dalğalandırıldı
28 May 2026, 22:02
21 baxış
Admin
Kanadanın paytaxtı Ottavada Azərbaycan bayrağı dalğalandırılıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ottavada bayraq qaldırma mərasimi keçirilib", - paylaşımda bildirilib.
Qeyd edək ki, mərasim Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar təşkil olunub.
Mənbə:
news24.az