Siyasət

Aİ Nümayəndəliyi Azərbaycanı təbrik etdi

28 May 2026, 10:11 6 baxış Admin
Aİ Nümayəndəliyi Azərbaycanı təbrik etdi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib.

"Müstəqillik Gününüz mübarək, Azərbaycan.

Avropa İttifaqı və Azərbaycan enerji, əlaqə, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığı gücləndirməyə davam edirlər. Tərəfdaşlığımızın 30 ili ərzində qarşılıqlı hörmətə əsaslanan daha əlaqəli, davamlı və firavan bir gələcək qurmaq üçün birlikdə çalışmışıq", - paylaşımda bildirilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər