Azərbaycandan Ermənistana un göndəriləcək
27 May 2026, 22:15
11 baxış
Admin
Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.
Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Mənbə:
bakupost.az