Aktrisa Ulduz Süleymanova vəfat etdi
27 May 2026, 10:26
11 baxış
Admin
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının əməkdaşı, aktrisa Ulduz Süleymanova vəfat edib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident mükafatçısı teatrda 27 ildən artıq fəaliyyət göstərib, 100-dən artıq obraza həyat verib.
Mənbə:
bakupost.az