Yeni direktor icra başçısının qardaşı imiş
26 May 2026, 20:36
24 baxış
Admin
Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kiçik qardaşıdır.
Qeyd edək ki, E. Paşayev 12 noyabr 2025-ci ildən Qax rayonunun icra başçısıdır. O, bu təyinatdan öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Mənbə:
bakupost.az